Nazirlik müsabiqə elan edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir.
 
qhtxeber.az nazirliyin saytına istinadən xəbər verir ki, müsabiqədə ali təhsilli, rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan və yaşı 25-dən yuxarı şəxslər iştirak edə bilər. 
 
Müsabiqədə iştirakçıların seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin,  Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilir.
 
Müsabiqədə iştirak edənlər  müvafiq sənədləri  (kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi hal)  2019-cu ilin 31 may  tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir. 
 
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər aşağıdakı meyarlar üzrə  qiymətləndiriləcək:
1. sahəvi biliklər
2. idarəetmə bacarığı
3. ümumi dünyagörüşü
4. məntiqi
5. kollektivlə iş bacarığı
6. sahə üzrə beynəlxalq bilik və iş təcrübəsi
7. natiqlik
8. kompyuter bilikləri
9. entuziazm və rasional təkliflər bacarığı
 
Qeyd: təbiət elmləri üzrə elmi dərəcəsi olanlara üstünlük veriləcək.
 
 
 

SON ƏLAVƏLƏR