Şuranın dəstəyilə uşaqların internet informasiya resurslarından düzgün istifadəsi ilə bağlı tədbirlər təşkil edilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Uşaqların internet informasiya resurslarından düzgün istifadəsi ilə bağlı tədbirlərin təşkili” layihəsinin icrasına start verilib.
 
Layihə çərçivəsində ilk tədbir Sumqayıt şəhərinin 25 və 28 saylı orta ümumtəhsil müəssisələrində həyata keçirilib. 
 
Tədbirdə açılış çıxışı edən “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyinin əməkdaşı İsmət Əmrahov layihənin məqsədi və hədəfləri haqqında danışaraq qeyd edib ki, internetin və texnologiyanın insan həyatına gətirdiyi saysız-hesabsız faydaları var. Lakin hər kəs texnologiyadan düzgün istifadə edə bilmir. Dünya üzərində aparılan araşdırmalar göstərir ki, 6-15 yaş arasındakı uşaqların 79,5 %-i internetdən oyun oynamaq və əylənmək məqsədi ilə istifadə edir. Bu isə onların internet aludəçiliyi deyilən sindromla üzləşdiklərindən xəbər verir. 
 
Təlimçi Şəbnəm Əliyeva çıxış edərək aludəçiliyin fəsadları, internet və texnologiya aludəçiliyinin insan psixologiyasına mənfi təsirləri, informasiya texnologiyalarından düzgün istifadə qaydaları, sosial şəbəkələrdən şüurlu istifadənin yolları, informasiya texnologiyalarından və internetdən istifadə zamanı vaxtın düzgün idarə olunması və  internetdən milli dəyərlərimizin düzgün təbliğat vasitəsi kimi istifadə olunması mövzularında iştirakçılara ətraflı məlumat verib.
 
Tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış “Texnologiyadan ehtiyacın qədər istifadə et” kitapçası, buklet, qələm və bloknot hədiyyə edilib.