“Bizim müəllim” Quba rayonunda

qhtxeber.az  Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir.
 
 
“Bizim müəllim” layihəsinin budəfəki  təqdimatı Quba  rayonu  Hacıbaba  Əliyev  adına  1  nömrəli  tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Anar Hüseynova həsr olunur. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 55 bal toplayıb.
 
 
“Mənim babam  Hacı müəllim ömrünün 45 ilini bu peşəyə həsr edib.  Çox xoşbəxtəm ki, həm babamın yolunu davam etdirir, həm də sevdiyim iş ilə məşğulam”- deyən Anar müəllim dilimizin zənginliklərini şagirdlərə sevə-sevə öyrədir.