“Mən öz gələcəyimi seçirəm” seminarlarına yekun vurulub

qhtxeber.az  “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici seminarlara yekun vurulub.  
 
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində təşkil edilən seminarlarda təhsil işçiləri, tələbə və məktəblilər, aidiyyəti üzrə qurumların ekspert və nümayəndələri iştirak edib.
 
ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron seminarlarda narkotiklərin insan orqanizmi, sağlamlığı və mənəviyyatına vurduğu zərərlər, narkomaniyaya qarşı mübarizə yolları, həyata keçirilən profilaktik tədbirlər mövzusundaçıxış edib, iştirakçıların suallarını cavablandırıb.
 
Seminarlarda mövzu ilə əlaqədar videofilm nümayiş etdirilib.
 
Qeyd edək ki, Bakı Dövlət Univeristetində, 20 nömrəli məktəb-liseydə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və  Azərbaycan Texniki Universitetində keçirilən seminarlara 2000-ə yaxın tələbə və məktəbli cəlb olunub.